waplog

Azərbaycan robot texnikasına maraq göstərir


Texnologiyanın bir qolu sayılan robot texnikası İKT-nin perspektiv və gələcəyə yönələn sahələrindəndir. Azərbaycan da bu istiqamətdə müəyyən addımların atılmasına maraq göstərir. Bu fikri 19-cu “Bakutel” sərgi-konfransına həsr olunmuş mətbuat konfransında rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.
 
MDB ölkələrində ilk dəfə Azərbaycan sərgisində dünyaca məşhur  iri şirkətlərin, məşhur brend və markaların təqdimatlarında, eləcə də “Qran-pri Formula-1” yarışında yer alan “Titan” robotunun iştirakına münasibət bildirən E.Vəlizadə bu sahənin müasir dünyada strateji istiqamətə çevrildiyinin qeyd edib: “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Heydər Əliyev Fondunun dəstəyi və sifarişi əsasında Azərbaycanın “NeyroTex” şirkəti tərəfindən kor və görmə qabiliyyəti zəif olan insanlar üçün dünyada ilk dəfə olaraq səslə idarə edilən mini-kompüterlər hazırlanıb. Bu baxımdan, Azərbaycanın perspektiv planlarında səslə idarə olunan robotların hazırlanması da yer ala bilər. Ona görə də robot texnikasına və sənayesinə maraq doğuran “Titan” robotunun sərgidə iştirakını ancaq alqışlamaq olar”.
 
 
Qeyd edək ki, stasionar və ya hərəkətli şəkildə fəaliyyət göstərən maşınlar-  robotlar verilmiş proqram əsasında müəyyən işləri yerinə yetirirlər. Keçən əsrin ikinci yarısında sənaye, portal, xidmətgöstərici, oyuncaq, axtarış və s. kimi bir çox robot növləri yaradılıb. Maşınqayırmada ən geniş sənaye robotlarından istifadə olunur ki, onların da əsas tətbiq sahələri yığma, emal, nəqletmə, qaynaqetmə kimi işlərdir.
 
Dünyada robot texnikası sahəsi üzrə ilk ali təhsil ocağı isə robot və robotlaşdırılmış sistemlərin yaradılması sahəsini ölkənin strateji prioritetlərindən biri elan etmiş Cənubi Koreyada yerləşən və robot texnikası sahəsinin geniş spektrli istiqamətləri üzrə (sənaye robotlarından tutmuş, xidmət sahəsi robotlarınadək) bütün növ tədqiqat layihələrinin həyata keçirilməsini önə çəkən Robot Texnikası İnstitutudur. Hazırda dünya bazarında robot sənayesi üzrə Yaponiya və ABŞ dövlətlərinin əsas mövqe tutduqları vurğulanır.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL