“NATO-nun kommunikasiya çağırışları və tərəfdaş ölkələr” mövzusunda seminar keçiriləcək
Azərbaycanın hərbi qüvvələri “Viking 2014” kompüter dəstəkli komanda-qərargah təliminin Yekun Planlaşdırma konfransında iştirak edəcək. “ICTnews” xəbər xidmətinin məlumatına görə, Müdafiə Nazirliyi “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində, fərdi tərəfdaşlıq proqramına əsasən və keçiriləcək digər tədbirlərin siyahısını açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, “Viking 2014” kompüter dəstəkli komanda-qərargah təliminin Yekun Planlaşdırma konfransı bu il dekabrın 3-5 tarixlərində İsveçin Balsta şəhərində düzənlənəcək.
Cari ilin dekabrın 4-5 tarixlərində isə “Tərəfdaşlar arasında informasiyanın canlı idarə edilməsi sistemi (ePRIME) kursu” reallaşacaq. Bu tədbir də Belçikanın Brüssel şəhərində baş tutacaq.
Bundan başqa, “NATO-nun kommunikasiya çağırışları və tərəfdaş ölkələr” mövzusunda seminarının keçirilməsi planlaşdırılır. Sözügedən seminarın bu ilin son ayının 11-12 tarixlərində təşkil edilməsi nəzərdə tutulub.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL