waplog

Azərbaycanda hər 1000 nəfərə 726 plastik kart düşür


İyulun 1-nə olan vəziyyətə görə, Azərbaycanda plastik kartlarla xidmət göstərilməsi məqsədilə 1 985 bankomat və 10 609 POS-terminal fəaliyyət göstərib. Bu barədə Azərbaycan Mərkəzi Bankının maliyyə sabitliyi haqqında hesabatında deyilir. İlin birinci yarısında bankomatlar vasitəsilə 2,91 milyard manat məbləğində 22,37 milyon əməliyyat aparılıb. POS-terminallar vasitəsilə 182 milyon manat həcmində 788 min əməliyyat aparılıb.
Eyni zamanda ölkə banklarının buraxdığı plastik kartların sayı 162 min ədəd artaraq 4,4 milyon ədədə çatıb. Beləliklə, ölkədə həddi-buluğa çatan hər min nəfərin payına 726 kart düşür. AMB hesabat dövrü ərzində internet vasitəsilə bank xidmətlərindən istifadədə artım qeyd edir. İkinci rüb ərzində internet bankçılıq vasitəsilə 21,7 milyon manat məbləğində 14,6 min əməliyyat aparılıb. Avqustun 12-nə olan rəsmi məzənnə 0,7866 AZN/USD təşkil edir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL