Bu ilin yekununa görə televizorların tədarük həcmi 1.7% azalacaq
“WitsView” şirkəti ekspertlərinin gəldiyi nəticəyə əsasən, 2013-cü ilin yekununa görə, qlobal maye kristal televizor bazarında azalma qeydə alınacaq. Buna dünya iqtisadiyyatının zəifləməsi və beynəlxalq televiziya brendlərinin istehlakçılar üçün maraqlı yeniliklər təqdim edə bilməməsi səbəb olacaq.
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, gözləntilərə əsasən, 2013-cü ildə dünya istehsalçıları 203.1 milyon maye kristal ekran tədarük edəcəklər ki, bu da 2012-ci ilin nəticəsindən 1.7% aşağıdır.
“WitsView” şirkətinin proqnozuna əsasən, Cənubi Koreyanın “Samsung” və “LG” şirkətləri televizor seqmentində liderliyini qoruyub saxlayacaq və ilin nəticəsinə görə televizorların tədarük həcmini 5.8% artıracaqlar. Bunu nəzərə alsaq, onların bazar payı 35.1% olacaq.
Tədqiqat materialında, həmçinin çox yüksək ölçülü təsvir ölçüsünü (Ultra HD) dəstəkləyən televizorlar xatırlanıb. Qiymətləndirmələrə görə, 2013-cü ildə bazara 2.1 milyon sözügedən model buraxılacaq. “UHD TV”-nin zəif tempi qiymətinin yüksək olması ilə izah olunur.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL