waplog

“Apple” korporasiyası “Topsy Labs” analitik şirkətini satın alır


“The Wall Street Journal” qəzetinin məlumatlarına əsasən, “Apple” korporasiyası “Twitter trafik” və istifadəçi tvitlərinin təhlili üçün proqram təminatının istehsalçısı “Topsy”  şirkətini 200 milyon dollara satın alıb.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki,  gələcəkdə yeni “iTunes Radio” xidməti istifadəçilərinin “Twitter” şəbəkəsindən musiqi parçaları və ya ifaçılar haqqında informasiya əldə edəcəyi gözlənilir. “Topsy Labs” şirkəti sözügedən sazişə qədər öz həllərini “Twitter”də trendlərin izlənilməsi ilə məşğul olan korporasiyalara tədarük ediblər və bu və ya başqa istiqamətlər üzrə analitik hesabatlar tərtib ediblər.

“Apple” və “Topsy” şirkətləri bu sazişlə bağlı rəsmi münasibət bildirməyiblər, lakin “alma” şirkətinin mətbuat xidməti satınalma faktını təsdiqləyib.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL