Daşınan elektronika bazarının həcmi 10 dəfə artacaq
“Juniper Research” analitiklərinin daşınan elektronika bazarı üzrə hazırladıqları araşdırmada onun yaxın 5 il üzrə inkişafına dair proqnoz öz əksini tapıb. Ödənişli abunəçilər üçün tam versiya şirkətin rəsmi saytında əlçatandır və bəzi nəticələr isə tədqiqatın qısa icmalında yerləşdirilib.
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlərin hesablamasına əsasən, insanın özü ilə daşıya biləcəyi "ağıllı" kompüter bazarının həcmi 2018-ci ilədək 130 milyona çatacaq ki, bu da cari ilin nəticəsinə görə təxminən 10 dəfə çoxdur.
Hazırda insanlar "ağıllı" eynək və ya saatı smartfon və ya planşet üçün yaxşı aksesuar hesab edirlər və onlara ehtiyac hiss etmirlər. Tədqiqat müəlliflərindən biri Nitin Bxas deyib ki, yaxın illərdə daşınan elektronika bazarında bir çox dəyişikliklər gözlənilir.
Bu yaxınlarda “ZTE” şirkəti 2014-cü ilin əvvəlində “ağıllı” saat istehsal etmək planı haqqında məlumat verib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL