waplog

“Bakutel-2013” çərçivəsində “TASİM” layihəsi ilə bağlı Anlaşma Memorandumu imzalanıb


Bakıda "Bakutel-2013" XIX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində "Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM)" layihəsi ilə bağlı Anlaşma Memorandumu imzalanıb.


Memorandum layihəyə daxil olan 5 ölkənin mobil rabitə operatorları tərəfindən imzalanıb. Bu ölkələrə Azərbaycan, Türkiyə, Qazaxıstan, Rusiya və Çin daxildir.

Sözügedən memorandumda "TASİM" layihəsi üzrə iştirakçı operatorların vəzifə və səlahiyyətləri, maliyyə öhdəlikləri və hüquqi statusları əks olunub.

İmzalanmadan sonra layihəyə daxil olan bütün operatorları təbrik edən Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Әli Abbasov qeyd edib  ki, bu xəttin çəkilməsi həm Cənubi Qafqaz, həm də Avrasiya regionunda rəqəmsal uçurumun aradan qaldırılmasına, yeni elm tutumlu iş yerlərinin yaradılmasına, yüksək internet tələb edən xidmətlərin artmasına ciddi təkan verəcəkdir.

Anlaşma Memorandumuna əsasən, yaxın müddətdə operatorlar TASİM xəttinin inşası və istismarı üzrə də ayrıca müqavilə imzalayacaqlar.

"TASİM" layihəsi vacib regional təşəbbüsdür və onun məqsədi Qərbi Avropadan Cənub-Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir.

BMT-nin Baş Məclisi indiyədək yekdilliklə "TASİM" layihəsini dəstəkləyən üç qətnamə qəbul edib.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL