Türkiyə ilə İKT sahəsində əməkdaşlıq əlaqələri intensivləşdiriləcək
Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Türkiyənin İstanbul şəhər Ticarət Palatasının komitə sədri Murat Dursunun rəhbərliyi ilə "Bakutel-2013" sərgi və konfransı ilə əlaqədar ölkəmizdə səfərdə olan bu ölkənin informasiya texnologiyaları (İT) şirkətlərinin rəhbərliyi ilə görüş keçirilib.
Görüşdə Murat Dursun bildirib ki, Azərbaycanda son illər informasiya və kommunikasiya texnologiyaları sürətlə inkişaf edib. "Biz bilirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycanda İKT sahəsi prioritet elan edilib. Biz son illər Azərbaycanda sürətli inkişafın şahidi olmuşuq. Bu inkişafın tərkib hissəsi kimi həyata keçirilən işlər fonunda ölkəniz İKT sahəsi üzrə bölgədə aparıcı mövqe tutur. Bu, qardaş ölkə kimi bizi çox sevindirir".
Öz növbəsində rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov Azərbaycanda İKT sektorunda görülən işlər barədə qonaqlara ətraflı məlumat verib. Nazir müavini bildirib ki, son illər həyata keçirilən işlər və əldə edilən uğurlu nəticələr kontekstində İnformasiya Texnologiyaları Universitetinin, "Yüksək Texnologiyalar Parkı" və İnformasiya Kommunikasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradılması ilə bu istiqamətdə yeni inkişaf mərhələsinin əsası qoyulub.
İ.Məmmədovun sözlərinə görə, son illər innovasiyalı iqtisadiyyatın inkişafını hədəf seçən Azərbaycanda innovativ layihələrə daha çox üstünlük verilir. "Bu il "Bakutel" sərgisində Azərbaycan innovativ həllərlə bağlı ayrıca stendlə çıxış etdi. Biz "bulud" texnologiyasının tətbiqi ilə daha səmərəli nəticələr əldə ediləcəyinə inanırıq. Türkiyə ilə birgə layihələr həyata keçirməyə maraqlıyıq və bunun uğurlu nəticələr verəcəyinə əminik".
Sonda Türkiyə və Azərbaycan arasında İKT sahəsində əməkdaşlıq əlaqələrinin intensivləşdirilməsi, hər iki ölkənin İT şirkətlərinin müştərək məhsul istehsalı, gələcəkdə ümumi layihələrdən çıxış edilməsi ətrafında müzakirələr aparılıb.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL