waplog

“Microsoft” İrlandiyada data mərkəzə əlavə 170 milyon avro yatıracaq


“Microsoft” korporasiyası İrlandiyada yerləşən Avropa data mərkəzinə investisiyaların həcmini 170 milyon avro artırmaqla Dublin məlumat emalı mərkəzinə qoyulan investisiyaların ümumi məbləğini 594 milyon avroya çatdıracaq. Bu barədə jurnalistlərə korporasiyanın İrlandiyadakı idarəedici direktoru Katrina Hallakan bildirib.

Hallakanın sözlərinə görə, 170 milyon avro məbləğində yeni investisiyalar Diblin data mərkəzinin genişlənməsinə sərf olunacaq. Artıq inşasına başlanılan və sona çatdırılması 2014-cü ilin yazına planlaşdırılan yeni istehsal xətləri 380 müvəqqəti iş yerinin açılmasını təmin edəcək. İstehsal xətlərinin tikintisi başa çatdıqdan sonra “Microsoft” Dublindəki mərkəzin ştatını daha 20 mütəxəssis artıracaq (hazırda ştat 80 nəfərdən ibarətdir). Bundan başqa, data mərkəzin hesablayıcı maşınların yerləşdiyi ərazisi 15,6 kvadratmetr artaraq 54 min kvadratmetr təşkil edəcək.

“Microsoft”un Dublindəki mərkəzinin genişləndirilməsi ilə bağlı təşəbbüsünü yerli hakimiyyət orqanları da dəstəkləyib. İrlandiya baş nazirinin müavini İman Qilmorun sözlərinə görə, “Microsoft”un fəaliyyəti regiona digər texnoloji şirkətləri də cəlb etməyə kömək edir. Belə ki, Avropanın “Google” və “Facebook” kimi şirkətlərinin iri ofisləri də İrlandiyada yerləşir.

Korporasiyanın məlumatına görə, hazırkı data mərkəzi analoji ölçülü məlumat emalı mərkəzləri ilə müqayisədə enerji səmərəliliyi və az su sərfiyyatı ilə fərqlənir, tullantıların təxminən 99 faizi yenidən emal olunur.   

“Microsoft” 2-si Avropada yerləşməklə ümumilikdə 8 məlumat emalı mərkəzinə malikdir. EMEA regionu müştərilərinə xidmət göstərən Dublindəki data mərkəzi 2009-cu ildə istifadəyə verilib, bir il sonra Avropanın ən yaxşı data mərkəzi adına layiq görülüb, - “Digit www.digit.ru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL