Azərbaycan və Rusiya arasında rabitə sahəsində əməkdaşlığa dair müzakirə aparılıb
Rusiya və Azərbaycan rabitə sahəsində əməkdaşlığı müzakirə ediblər. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Rusiya Federasiyasının Rabitə və Kütləvi Kommunikasiya Nazirliyi məlumat yayıb.
Adıçəkilən nazirliyin rəsmi saytında (minsvyaz.ru) yerləşdirilən məlumatda qeyd olunur ki, Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiya naziri Nikolay Nikiforov Azərbaycana işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşüb. Nazirlər rabitə sahəsi, eləcə də poçt və informasiya texnologiyaları istiqamətlərinin inkişafı ilə bağlı qarşılıqlı əlaqələrə dair geniş məsələlər ətrafında müzakirə aparıblar.
Danışıqların əsas mövzusu kimi rabitə sahəsində əməkdaşlıq müəyyən edilib. Nikolay Nikiforov çıxışında hər iki ölkənin rabitə operatorları arasında Azərbaycan şirkətlərinin trafikə görə terminasiya qiymətlərinin endirilməsi, artıq ikitərəfli qaydada, beynəlxalq rouminq tariflərinin aşağı salınması məsələləri üzrə danışıqlara başlamağı təklif edib.
Nazirin sözlərinə görə, bu, ilk növbədə rabitənin keyfiyyətinin artmasına səbəb olacaq, digər tərəfdən isə Rusiya və Azərbaycan vətəndaşları üçün nəzərəçarpacaq dərəcədə faydalı olacaq: "Bunda böyük praktiki fayda görürəm. Bizim ölkələrimiz olduqca yaxındır və biz onlar arasında istənilən baryerləri aradan qaldırmalıyıq", - deyə Rusiyanın Rabitə və kütləvi kommunikasiya naziri qeyd edib.
Öz növbəsində, Əli Abbasov iki ölkənin birgə əməkdaşlığının prinsipial məsələlərini dəstəklədiyini ifadə edib, Azərbaycan rabitə bazarının inkişafından danışıb və Rusiya təcrübəsi, xüsusilə də, mobil nömrə daşınması xidmətinin tətbiqi ilə maraqlanıb.
Görüşdə həmçinin ölkələrin daha intensiv əməkdaşlığı məqsədilə nazirliklər arasında informasiya texnologiyaları, poçt rabitəsi və telekommunikasiya sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması imkanı müzakirə edilib.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL