waplog

2013-cü ildə planşetlər tədarük həcminə görə noutbukları üstələyəcək


“Strategy Analytics” şirkəti analitiklərinin proqnozuna görə, 2013-cü ildə planşet kompüterlər illik tədarük həcminə görə portativ kompüterlər bazarı tarixində ilk dəfə lider olacaq.

 

Mütəxəssislərin proqnozuna əsasən, 2013-cü ildə 231 milyon fərdi planşet kompüterə nisbətdə 186 milyon noutbuk tədarük ediləcək və bu üstünlük növbəti illər ərzində də artmağa doğru gedəcək.
 

Bazarda mübarizə əsasən “Apple”, “Microsoft” və “Google” şirkətləri arasında olacaq. “Google” şirkətinin 2017-ci ilədək 40 faizlik bazar payı ilə lider olacağı gözlənilir. Lakin mütəxəssislər bu liderliyə “Android” əməliyyat sisteminin nə dərəcədə töhfə verəcəyini və “Chrome OS” platformasının rolunun necə olacağını dəqiqləşdirməyiblər.
 

“Strategy Analytics”in analitiki Piter Kinqin sözlərinə görə, eyni anda həm noutbuk, həm də planşet ola bilən hibrid qurğular son vaxtlar ərzində fərdi kompüterlər bazarında daha çox maraq cəlb edən innovasiyadır. Bu növ məhsulların getdikcə artan çeşidi planşetlərin ümumilikdə mobil sənayeyə təsir dərəcəsini nümayiş etdirir.  
 

Digər analitik şirkət olan “Digitimes Research”ün proqnozuna görə, 2013-cü ilin yekunları üzrə dünyada ümumilikdə 170 milyon noutbuk tədarük ediləcək ki, bu da ötən ilin göstəricilərindən 13 faiz azdır. Azalmanın 2014-cü ildə də davam edəcəyi gözlənilir. Belə ki, növbəti ilin yekunları üzrə tədarük həcminin 6 faiz – 159 milyon ədədədək azalması proqnozlaşdırılır, - “DailyComm” yazır.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL