waplog

“Bakutel-2013” startupçılar üçün geniş platforma oldu


“Bakutel-2013”  telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransında Azərbaycan “startup”çıları da məhsullarını nümayiş etdirib.  Onlardan biri də “Tuning Fork” layihəsidir.  
 
Layihə rəhbəri Dilarə Rüstəmzadənin verdiyi məlumata görə, bu layihə real zaman daxilində yalnış səslərin aradan qaldırılması ilə məşğul olan innovativ, “know-how” texnologiyalı Azərbaycan startupıdır: “Tuning Fork” bu il bir neçə uğura imza atıb. Belə ki, amerikalı mütəxəssislər tərəfindən rəğbət qazanan “Tuning Fork” Silikon vadisinə dəvət olunaraq layihənin inkişafı üçün uyğun təlimlərdən keçmə şansına malik olub.
 
Bundan başqa, layihə Moldovada 32 ölkə, 119 layihə arasında keçirilən “VentureOut Challange Startup Competition 2013” yarışmasında layihənin prototip formasını təqdim edərək ikinci yerə layiq görülüb”.
 
Sözügedən layihənin “Bayes və Furye” çevrilmələrinin tətbiqinə artıq başlanıldığını söyləyən D.Rüstəmzadə bildirib ki, “Tuning Fork” musiqi sistemi artıq səsi tanıyaraq düzgün və ya yalnış olmasını ayırd edə bilir. Belə ki, istifadəçi mahnı oxuyarkən yalnış notu tutarsa, sistem ona qırmızı, düzgün olarsa, yaşıl rəng ilə bildirir.
 
Səsin korreksiyasını layihəyə tətbiqini həyata keçirmək üçün qrant gözləyən Dilarə Rüstəmzadə “Tuning Fork” layihəsi ilə Azərbaycanı daha bir çox ölkələrdə təmsil edəcəyini və bununla qürur duyduğunu da xüsusilə qeyd edib:
 
“Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Bakutel-2013” sərgisində startupların iştirak etməsi üçün bütün imkanları yaradıb. Hər bir startup üçün 12 kvadratmetrlik yer ayrılıb. Üstəlik, bu, bizim üçün tamamilə pulsuzdur. Biz də öz stendimizi ayrılan xüsusi yerlərdə nümayiş etdiririk”.
 
Seymur Qasımbəyli


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL