Yaponiyada smartfonun işini hərəkət zamanı bloklayan mobil tətbiq hazırlanıb
Yaponiyanın "Docomo" mobil operatorunun smartfonlar üçün hazırladığı xüsusi tətbiqi aktivləşdirdikdə aparatdan hərəkət zamanı istifadə mümkün olmur.
"ICTnews" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, bu tətbiq GPS siqnalı qəbul edir və hərəkəti qeydə alır. Əgər insan hərəkət edən zaman smartfondan istifadə etmək istəyirsə, o zaman cihazın ekranına "bu təhlükəlidir" xəbərdarlığı çıxacaq.
"Docomo" mobil operatoru mütəxəssislərinin sözlərinə görə, onların yeni həlli piyada, velosipedçi və sürücülər üçün faydalı olacaq. Onlar ümid edirlər ki, istifadəçilər öz təhlükəsizliyi üçün sözügedən tətbiqi küçədə aktivləşdirəcəklər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL