waplog

Aviabiletlərin elektron qeydiyyatı


“AZAL” QSC aviabiletlərin elektron qeydiyyatı (e-ticket) üzrə tamhəcmli xidmətlər göstərməyə başlayıb. Cəmiyyətdən verilən məlumata görə, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası aviaşirkətlərin qarşısında elektron aviabiletlərin realizəsinə keçid barədə tələb qoyub. Ancaq “e-ticket” sisteminə keçid üçün lazımlı texniki vəsaitlərin olmaması üzündən bəzi aviaşirkətlər bunu həyata keçirə bilməyib.
Biletlərin elektron qeydiyyatı sistemi Azərbaycanda artıq mövcuddur və bu sistemin fəaliyyət göstərmədiyi bəzi ölkələr istisna olmaqla, xarici ölkələrə uçan sərnişinlərin xidmətinə təqdim edilir.
Bu sistemin üstünlüklərindən biri ondan ibarətdir ki, sərnişin haqqında məlumatlar elektron şəkildə aviaşirkətin bazasında saxlanılır. Bu isə ona istənilən vaxt çıxış əldə etmək imkanı verir və itirilmə faktorunu istisna edir.
Sərnişini sonadək izləyən elektron biletlər aviaşirkətlərin terminallarında qeydiyyatı sürətləndirmək imkanı verir. Bununla yanaşı, elektron aviabiletləri olan sərnişinlər istənilən vaxt (uçuşa iki saat qalmışa qədər) və aviaşirkətin internet resursu vasitəsilə istənilən yerdə qeydiyyatdan keçə bilərlər.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL