waplog

Barak Obama “iPhone” smartfonundan istifadəyə icazə verilməməsindən şikayətlənib


ABŞ prezidenti Barak Obama “iPhone” smartfonundan istifadəyə icazə verilmədiyinə görə şikayətlənib. “The Verge” nəşri yazır ki, dövlət başçısı bu haqda Ağ Evdə gənclərlə görüş zamanı “Obamacare” proqramı haqqında çıxış edərkən deyib.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, “Təhlükəsizlik baxımından mənə iPhone smartfonundan istifadəyə icazə verilmir” – Obama deyib.

Nəşr xatırladıb ki, Obama hələ ABŞ prezidenti olmamışdan əvvəl “BlackBerry” brendinin smartfonlarına üstünlük verib. Lakin hazırda  görünür onun seçimi yoxdur.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL