waplog

Mobil telefonlar elektronika bazarının ən böyük seqmentinə çevriləcək


"IC Insights" analitik şirkətinin qiymətləndirməsinə əsasən, 2013-cü ildə dünyada istehsal edilmiş müxtəlif elektron məhsulların ümumi qiyməti 4% artaraq 1,41 trilyon ABŞ dolları, 2017-ci ildə isə 1,74 trilyon dollara çatacaq. 2012-ci ildə bu göstəricinin 1,36 milyard dollar səviyyəsində olmasını nəzərə alsaq, yuxarıda göstərilmiş dövrdə elektronika bazarının orta illik artım sürəti 5% təşkil edəcək.
Ekspertlər baxılan bazarda 9 əsas kateqoriya ayırırlar: mobil telefon, standart fərdi kompüter, rəqəmli televizor, avtomobil sistemləri, planşet, server, tibbi elektronika, simsiz şəbəkə avadanlığı və oyun konsolları.

"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, mütəxəssislər o fakta diqqət yetirirlər ki, bu il mobil telefonlar ilk dəfə olaraq fərdi kompüterləri ötərək elektronika bazarının ən böyük seqmentinə çevriləcək.

2013-cü ildə mobil telefon satışlarının 247,2 milyard dollar və ya elektronika bazarının ümumi gəlirinin 18 faizini, standart fərdi kompüterlər isə 208,3 milyard dollar gəlir qazandıracağı gözlənilir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL