waplog

Ən populyar brend hansıdır?


Yeni il hədiyyəsi kimi smartfon, planşet, "mp3" pleyer və ya televizor qurğusu seçən istehlakçılar üçün "Apple" ən arzu olunan brenddir. Hazırda şirkət həm də masaüstü kompüter bazarında lider olub.

"Parks Associates"in sorğusuna əsasən, "Apple" şirkətinin masaüstü kompüterləri ABŞ-da 2013-cü il bayramqabağı mövsüm üçün ən arzu olunan brend olub. Son iki ilin nəticələrinə görə "Dell" şirkəti liderlik edib və "Mac" istehsalçısı 2011-ci ildə üçüncü və 2012-ci ildə isə ikinci olub.

"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, multimedia məzmununun yayımlanması üçün nəzərdə tutulmuş televiziya qurğusu kateqoriyasında "Apple TV" liderliyi qoruyub saxlayıb. Planşet bazarında "iPad" yenə də rəqibsizdir.

"Apple" şirkətinin ən populyar masaüstü kompüter istehsalçılarının siyahısında liderlik etməsi bu il məhsul çeşidinin yenilənməsinin nəticəsi ola bilər.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL