Üçüncü rübdə routerlərin satış həcmi rekord təşkil edib
“International Data Corporation” (IDC) analitik şirkətinin məlumatına görə, 2013-cü ilin üçüncü rübünün yekununa əsasən, qlobal “Ethernet” kommutator (Layer 2/3) bazarının həcmi 6,5% artaraq 5,66 milyard dollar olub. Bu ilin ikinci rübü ilə müqayisədə artım 5,2% olub.
Bu halda dünyada marşrutlayıcıların satış həcmi ötən illə müqayisədə 7,8% artıb ki, bu da son iki ildə ən yüksək artım göstəricisidir. Rüblük hesablamada router bazarının həcmi 2,2% artıb.
“IDC”-nin tədqiqatında, həmçinin qeyd olunub ki, ötən rüb “Ethernet” kommutator bazarında ən yüksək artım Yaxın Şərq və Afrikada müşahidə olunub: ötən illə müqayisədə bu regionda satış həcmi 27% artıb. Şimali Amerika regionunda satış həcmi 12% artıb.
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, Latın Amerikası və Asiya-Sakit okean regionunda (Yaponiya istisna olmaqla) irəliləyiş 4-6%, Avropada bu göstərici təxminən 1-2% təşkil edib. Yaponiya üçüncü rübü 13,4%-lik mənfi nəticə ilə başa vurub.
“Cisco” şirkəti Ethernet kommutatorların (Layer 2/3) satış həcminə görə lider olaraq qalır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL