Fləş-yaddaş satışları artacaq
Stolüstü kompyuter, noutbuk və serverlər üçün yaddaş modulunun dünyada ən iri istehsalçısı olan Amerikanın “Kingston Technology” şirkəti yaxın aylarda fləş-yaddaş əsasında olan məhsulların tədarükünün artmasını proqnozlaşdırır. Bu barədə şirkətin Asiya-Sakit okean regionunda fləş-yaddaş satışları üzrə direktoru Natan Su məlumat verib. İstehsalçının qiymətləndirməsinə əsasən, Asiya-Sakit okean regionunda “NAND Flash” əsasında olan məhsulların istehsalı iyul ayında 3 dəfə artıb. Avqustda tədarüklər əvvəlki ayın göstəriciləri ilə eyni olacaq.
“NAND Flash” çiplərinə əsaslanan “SSD” qurğular tədarük olunan “Kingston” məhsulunun təxminən 10%-ni təşkil edir. Smartfonlarda istifadə edilən “eMMC” yaddaş kartları şirkətə 3-5%-ə qədər gəlir gətirir. N.Su əmindir ki, portativ kompyuterlərin yeni sinfi – ultrabukların yaranması sərt daşıyıcıların reallaşdırılmasını əhəmiyyətli dərəcədə artıracaq.
www.dailycomm.ru
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL