waplog

“Microsoft”un səhmlərinin qiyməti rekord həddə çatıb


“Microsoft” rəhbərliyinin dəyişilməsi fonunda şirkətin səhmlərinin qiyməti son 13 ildə rekord qiymət təşkil edib. Yeni CEO-nun adı hələlik məlum deyil.

“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, birja hərracının nəticəsinə görə dekabrın 4-də “Microsoft”un səhmlərinin qiyməti 1,6% artaraq 38,94 dollar olub ki, bu da  2000-ci ildə qeydə alınmış göstəriciyə çox yaxındır. O zaman bir səhmin qiyməti 39,25 dollar olub.

Proqram nəhənginin kotirovkası yeni baş direktorun təyin ediləcəyi haqqında şayiələrdən sonra qalxıb. Son məlumatlara əsasən, Stiv Balmerin varisinin adı 2013-cü ilin sonuna kimi məlum olacaq.

 “Ford” şirkətinin direktoru Alan Mullali və “Microsoft Cloud and Enterprise” bölməsinin icraçı vitse-prezidenti Satya Nadella CEO vəzifəsinə namizəd hesab edilir.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL