2014-cü ildə “Samsung” beş yenilik təqdim edəcək
"Samsung" şirkəti 2014-cü ilin birinci rübündə beş yeni qurğu çıxarmağı planlaşdırır. Onlardan biri metal korpus və məhsuldar içliklə təchiz edilmiş "Galaxy S5" smartfonu olacaq.
"ICTnews" elektron xəbər xidməti "infox.ru" saytına istinadən bildirir ki, cihazlardan digəri "Galaxy Note 3" smartfonunun sadələşdirilmiş versiyası olacaq. Şirkət ucuz modeli gələn ilin fevralında Barselonada keçiriləcək "Mobile World Congress" beynəlxalq elektronika sərgisində təqdim edəcək. Aparat daha sadə ekran və aşağı təsvir ölçülü kamera sensoru ilə təchiz ediləcək.
Üçüncü aparat "Android" platformasında işləyən "Galaxy Grand Lite" smartfonudur. Model böyük ekranla təchiz edilib, lakin elektron içliyi zəifdir.
"Samsung" şirkəti digər iki cihaz haqqında hələ ki məlumat verməyib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL