Naxçıvan MR-in yaşayış məntəqələrinin 70 faizi rəqəmsal yayımla təmin edilib
Naxçıvan Muxtar Respublikasında diqqət mərkəzində saxlanılan məsələlərdən biri də keyfiyyətli televiziya yayımının təşkilindən ibarətdir. Muxtar respublikanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, artıq ötən ilin mart ayından etibarən Naxçıvanda rəqəmsal televiziyanın yayımına başlanılıb.
Hazırda muxtar respublikanın yaşayış ərazilərinin 70 faizində rəqəmsal yayım təşkil edilib. İlin sonuna kimi bütün yaşayış məntəqələrinin rəqəmsal yayımla təmin edilməsi nəzərdə tutulub.
Bundan əlavə, muxtar respublika ərazisində İP televiziyanın yayımı sakinlərə yeni nəsil telekommunikasiya sistemi üzərindən televiziya kanallarını izləmək və digər xidmətlərdən yararlanmaq imkanı yaradıb.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL