İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu qrant layihələrinin seçilməsi meyarlarını hazırlayır
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrant layihələrinin seçilməsi meyarlarını hazırlayır.
Fondun icraçı direktoru Elçin Zeynalovun verdiyi məlumata əsasən, növbəti iclasadək qrant layihələrinin seçilməsi meyarlarının hazırlanması nəzərdə tutulub.
"Bu prosedur daxili sənəd şəklində qəbul edilən sənəd əsasında həyata keçiriləcək. Müzakirə obyekti ola biləcək məsələlərdən biri də fonda ayrılan 5 milyon manatın hansı hissəsi qrant layihələrinin maliyyələşdiriməsinə yönəldiləcəyidir",- deyə o bildirib.
E. Zeynalovun sözlərinə əsasən, yaxın zamanda fond layihələri qiymətləndirəcək ekspertlərin seçiminə başlamaq niyyətindədir.
"Müsabiqə bir ay keçiriləcəyi halda ekspertlər bir ay müddətinə fondla müqavilə bağlayacaq və bir aylıq ştat əməkhaqqı məbləğində mükafatlandırılacaqlar. Ekspertlərin seçimində əsas meyar məxfiliyin təmin edilməsi məqsədi ilə onların bir-biri ilə tanış olmamasıdır, sonra isə onların professionallıq və obyektivlik səviyyəsinə nəzər yetiriləcək", - deyə o bildirib.
Layihələrin əsas kompleks ekspertizasını fondun tərkibində fəaliyyət göstərən mütəxəssislər həyata keçirəcəklər.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL