Qlobal şəbəkədə məlumat itkisini aşkar etmək üçün sayt yaradılıb
Qlobal internet şəbəkəsində "Have I been pwned?" resursu istifadəyə verilib.
"ICTnews" xəbər xidmətinin "www.astera.ru" saytına istinadən verdiyi məlumata əsasən, bu resursda hər istifadəçi bu və ya digər saytlarda hesab yazılarının "sındırılması" ilə bağlı məlumat ala bilər.
"İnternetin texniki mərkəzindən verilən məlumata əsasən, iri kiberhücumlardan zərərçəkən istifadəçilər ilə bağlı məlumatlar toplanan "haveibeenpwned.com" saytının işə salınması ilə bağlı məlumatı tədqiqatçı Troy Hant elan edib. Sayt axtarış imkanı ilə təchiz edilmiş məlumat bazasından ibarətdir. İstifadəçiyə elektron poçt ünvanını daxil etmək lazımdır ki, resurs bu ünvanla bağlı hər hansı hesab yazısının "sındırılması" ilə bağlı məlumatı təqdim etsin.
İlk gün ərzində sayt 152 min axtarış sifarişini emal edib. Bu arada daxil edilmiş ünvanların 32%-i "sındırılmış" hesab yazıları ilə bağlı olub.
"Zecurion Analytics" analitik mərkəzi bildirib ki, 2012-ci ildə məxfi məlumatların itkisindən 20,083 milyard dollar ziyan dəyib, bu da demək olar ki, ötən ilin müvafiq göstəriciləri ilə eynidir. Onu da qeyd etmək lazımdır ki, təşkilatların 52,2%-nin ayrıca şöbələri var, şirkətlərin 58,6%-nin təhlükəsizlik siyasəti var, korporativ sahədə ən çox diqqət yetirilən sahə əməkdaşların və səhmdarların (74,3%), müştərilərin (69,2%), təchizatçıların və müştərilərin (70,2%), istifadəçilərin hesab yazıları (64,3%) şəxsi məlumatlarının qorunmasıdır.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL