Ucuz telefonlar üçün 64 bit prosessor təqdim edilib
“Qualcomm” şirkəti 64 bit arxitekturalı “Snapdragon 410” mobil prosessorunu təqdim edib. O, 2014-cü ilin birinci yarısında çıxarılacaq və 150 ABŞ dollar məbləğində olan smartfonlar üçün nəzərdə tutulacaq.
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, çip “Adreno 306” qrafikası ilə təchiz ediləcək və LTE mobil şəbəkələrinə qoşulmanı təmin edəcək. Prosessor çoxlu diapazon tezliklərini dəstəkləyir, buna görə istehsalçılar müxtəlif ölkələr üçün aparatın müxtəlif versiyalarını istehsal etməli olmayacaqlar.
Yeni çip 28 nanometrlik texnoloji proses üzrə hazırlanacaq.
“Snapdragon 410” prosessoru ilə təchiz edilmiş ilk qurğular 2014-cü ilin ikinci yarısında çıxarılacaq.
64 bit prosessorlar 32 bitlə müqayisədə daha böyük əməli yaddaşla işləməyə və daha yüksək sürət təmin etməyə “qadirdir”. Müasir smartfonlarda ən çoxu 3 QB əməli yaddaş istifadə olunur.
64 bit prosessorla təchiz edilmiş ilk smartfon 2013-cü il sentyabrın 10-da təqdim edilmiş “iPhone 5s” olub.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL