“Galaxy Note 3” planşetofonun satış həcmi 10 milyonu ötüb
Bir neçə il bundan əvvəl çətin ki kimsə təsəvvür edərdi ki, kişi ovucu ölçüsündə mobil telefon milyonlarla istifadəçi tərəfindən istifadə ediləcək. Lakin bu, artıq reallıqdır.
“Samsung” şirkətinin rəsmi bəyanatına əsasən, böyük ölçülü “Galaxy Note 3” smartfonlarının satış həcmi artıq 10 milyonu ötüb. Beləliklə, 10 milyonluq baryeri keçmək üçün iki aydan bir qədər çox vaxt lazım olub.
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Galaxy Note” smartfonunun üçüncü nəsli 2013-cü ilin sentyabrında nümayiş edilib. Qurğu 5.7 düymlük “Super AMOLED” ekranı, 3 QB əməli yaddaş, 3200 milliamper/saat tutumunda akkumulyator batareyası, 2,3 QHs takt tezlikli (LTE versiyası) dördnüvəli prosessor və ya 1,9 QHs tezlikli (3G) səkkiznüvəli çiplə təchiz olunub.
Bu yaxınlarda qara, ağ və çəhrayı rəngli “Galaxy Note 3” smartfon xəttinə qızılı (Rose Gold) və qırmızı (Merlot Red) rəng də əlavə edilib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL