waplog

“Azerfon” şirkəti startapların tətbiqini genişləndirmək niyyətindədir



Azərbaycanın ilk "3G" operatoru "Azerfon" şirkəti gələcəkdə  innovativ startap layihələrin həyata keçirilməsinə daha çox diqqət yetirmək niyyətindədir.

Şirkətin baş icraçı direktoru Kent Maknilinin "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, ötən həftə "Bakutel-2013" sərgisində "Nar Mobile" şirkəti özündə "Mobile TV", internet, yaddaş kitabçası və s. xidmətləri birləşdirən "NarHome" cihazını təqdim edib.

"Gələcəkdə biz bu tipli layihələrin sayını artırmaq niyyətindəyik. Eyni zamanda biz bu günlərdə "Nar Mobile"ın ofisində innovasiya mərkəzinin işə salınması layihəsi çərçivəsində görüş keçirmişik və yaxın zamanda bu mərkəzin işə başlaması gözlənilir", - deyə o bildirib.

Aynur Vəliyeva
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL