waplog

“LG” şirkəti 4.7 düymlük “G2 mini” smartfonu hazırlayır


Bu yaxınlarda internetdə yayılmış informasiyaya əsasən, “LG” şirkəti hazırda qabaqcıl “G2” smartfonunun mini-versiyasını hazırlayır. Etibarlı mənbələrin məlumatına əsasən, “LG G2” mini-kod adı altında aparat artıq gələn ilin yanvarında təqdim ediləcək.

“ICTnews” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, məlumatlara əsasən, “LG G2” smartfonunun mini-versiyası 4,7 düymlük ekranla təchiz ediləcək. “LG G2 mini” smartfonunun “Qualcomm Snapdragon 800” platforması əsasında işləyəcəyi və hətta 13 meqapiksellik əsas kamera ilə təchiz ediləcəyi deyilir. Bizlərə, sadəcə, gələn ilin əvvəlini gözləmək qalır.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL