Jestlərin tanınması kontrolleri ilə təchiz edilmiş ilk smartfon və planşetlər 2014-cü ildə çıxarılacaq
Jestlərin tanınması üçün daxili kontrollerlə təchiz edilmiş ilk smartfon və planşetlər 2014-cü ilin üçüncü və ya dördüncü rübü işıq üzü görə bilər. “The Next Web” nəşri yazır ki, “Leap Motion” şirkətinin baş direktoru Maykl Bakvald belə proqnozla çıxış edib. Bu firma bu cür texnologiyalar üzrə ixtisaslaşıb.
Bakvaldın sözlərinə görə, bu cür kontrollerin kiçik qurğulara (məsələn, telefonlara) yerləşdirilməsi ilə bağlı problemlər həll edilib. “Leap Motion” şirkətinin rəhbəri deyib ki, yeni həllər nəticəsində istifadəçilər məsafədən öz smartfon və ya planşetlərini idarə edə biləcəklər.
Bundan öncə bildirilmişdi ki, “HP” şirkəti jestlərin tanınması kontrolleri ilə təchiz edilmiş ilk noutbukunu təqdim edib və o, “Envy 17 Leap Motion SE” adlanır. Qurğu sensor ekran, dördüncü nəsil “Intel Core i5” posessoru və “Nvidia” qrafikası ilə təchiz edilib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL