waplog

“Yahoo!” istifadəçilərdən üzr istəyib


"Yahoo!" şirkəti poçt xidmətinin işindəki uzun müddətli fasiləyə görə üzr istəyib. "The Verge" nəşri bildirib ki, bir sıra istifadəçilər bazar ertəsi axşam tərəfi öz hesablarına çıxış imkanını itiriblər və "Yahoo Mail" poçtunda yaşanmış nasazlıq iki gün sonra tamamilə aradan qaldırılıb.

Şirkətdən bildirilib ki, məlumatların emalı mərkəzlərindən birində yaşanmış problem nasazlığa səbəb olub. "Yahoo!" problemin səbəbini dəqiq açıqlamayıb.

"ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, "Yahoo"-nun texniki dəstək xidmətinin səhifəsində yazılıb ki, zərərə məruz qalmış istifadəçilərin əksəriyyətində elektron poçt işləyib.
Bildirilib ki, 25 noyabrdan dekabr 9-dək göndərilmiş elektron məktublar "Gələnlər" qovluğunda olmaya da bilər. "Yahoo" şirkəti bu mesajların bərpası üzərində işləməyə davam edir.

Emil Hüseynov
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL