Bu il “YouTube” reklamdan 5,6 milyard dollar qazanacaq
Bu il elan verənlər “YouTube” portalında reklam çarxları və elanlarının yerləşdirilməsinə 5,6 milyard dollar xərcləyəcək. Bu, ötən illə müqayisədə 50% çoxdur və elan verənlərin televiziyadan internet yayımına strateji dönüşündən xəbər verir.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, reklamın kəskin artımı “YouTube”-un mobil istifadəçilərinin sayının artması ilə bağlıdır, həm də elan verənlər artıq televiziyanı qəbul etməyən gənc nəslə yol tapmağa çalışırlar. Ekspertlər deyirlər ki, televiziya reklamından əldə olunan gəlir 30 il ərzində artıb və hazırda onun sonu çatıb.
Qeyd edək ki, “YouTube” reklamdan əldə etdiyi gəlirlərin hamısına sahiblənmir, onu videokontent yaradıcıları ilə bölüşür. Lakin, “eMarketer” şirkətinin hesablamasına əsasən, bu il portalın mənfəəti ən azı 1,96 milyard dollar təşkil edəcək ki, bu da qlobal rəqəmli reklam bazarının 1.7%-ni təşkil edir. Bu, “Twitter”, “AOL” və bir çox başqa internet şirkətlərinin gəlirindən çoxdur.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL