waplog

“Foxconn” daşınan kompüterlərin hazırlanmasının maliyyələşdirilməsi üçün fond yaradır


Tayvanın nəhəng “Foxconn Technology Group” elektronika istehsalçısı yeni növ daşınan texnika hazırlayan “start up”ların maliyyələşdirilməsi üçün nəzərdə tutulan fond təsis edib. Fondun ilkin nizamnamə kapitalı 200 milyon yeni Tayvan dolları (6,8 milyon ABŞ dolları) təşkil edib.  

Fəaliyyətinə gələn ilin sonunda başlayacaq və vəzifələrindən biri elmi tədqiqat işlərinin aparılması üçün 2014-cü ilin birinci rübündə qrantların alınmasına görə namizədlərin seçilməsi olacaq fondun işini “Syntrend Creative Park” bölməsi idarə edəcək.

Rəqabətin artması və satış tempinin azalması səbəbindən elektronika istehsalının rentabelliyinin aşağı düşməsi ilə əlaqədar olaraq “Foxconn” (sifarişçiləri sırasında Apple və Hewlett-Packard kimi şirkətlər yer alıb) fəaliyyətinin şaxələndirilməsinə başlayıb. Belə ki, şirkət yaradıcısı Terri Qou iyunda hazırda hazırlanması ilə məşğul olduqları “ağıllı saat”ın prototipini nümayiş etdirib. Bundan başqa, oktyabrda “Foxconn” Tayvanda dördüncü nəsil mobil rabitə xidmətlərinin göstərilməsi üçün lisenziya alıb.

Həmçinin, şirkət yaradıcısının oğlu və “Syntrend Creative Park” bölməsinin rəhbəri Qou Şen-çen gələn ilin dördüncü rübündə Taybeydə “Taipei Information Park” informasiya parkı açacaq.

Onu da əlavə edək ki, “Foxconn” 2010-cu ildə 12 mərtəbəlik kompleksin inşası və idarəetməsi üçün hökumət tərəfindən keçirilən tenderin qalib olub. Binada yerli və beynəlxalq şirkətlərin ticarət məntəqələri yerləşəcək, - "3DNews www.3dnews.ru” yazır.  


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL