waplog

“Gartner”: 2015-ci ilədək ən böyük “bulud” provayderlərinin 25%-i mövcud olmayacaq


“Gartner” şirkətinin analitiki “bulud” xidmətləri bazarında genişmiqyaslı birləşmə proseslərinə başlanılması haqqında məlumat verib. Yaxın iki ildə dünyanın 100 ən böyük “bulud” provayderinin təxminən 25%-i müflis olacaq və ya satın alınacaq. Bu barədə “Gartner Data Center Conference” konfransında deyib.

“ICTnews” elektron xəbər xidməti “osp.ru” saytına istinadən bildirir ki, “bulud” xidmətlərinin müştəriləri provayderlərinin yoxa çıxması riskini nəzərə almalı olacaqlar. Buna görə bəzi müştərilər böyük şirkətlərlə işləməyi üstün tuta bilərlər, lakin kiçik provayderlər, ola bilər ki, daha əlverişli şərait və əlavə zəmanət təklif edəcək. Bir sözlə, analitik müştərilərə provayderlərinə böyük təzyiq göstərməyi tövsiyə etmir. O deyib ki, müştərilər hazırda onların fəaliyyət göstərməsində maraqlıdırlar.

Konfrans iştirakçıları analitikin “bulud” həllərin riskli olması fikri ilə razılaşıblar. Buna baxmayaraq, “Gartner”in proqnozlarına görə, cari ilin sonunadək təşkilatların 80%-i bu və ya digər dərəcədə “bulud” xidmətlərindən istifadə edəcək.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL