Azərbaycanda DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi ilə bağlı “dəyirmi masa” keçirilir
Milli Televiziya və Radio Şurası tərəfindən bu gün Azərbaycan ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi ilə bağlı “dəyirmi masa” keçirilir. “Dəyirmi masa”da Milli Televiziya və Radio Şurasının, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Azərbaycan ərazisində fəaliyyət göstərən teleradio yayımçılarının nümayəndələri iştirak edirlər.
Azərbaycan 2004-cü ildən etibarən Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) 2015-ci ilədək rəqəmli televiziyaya keçidlə bağlı tövsiyələrinə uyğun olaraq, rəqəmli televiziya xidmətlərinin tətbiqinə başlayıb.
Azərbaycan Nazirlər Kabinetinin sərəncamına əsasən Avropanın DVB-T standartının tətbiqi ilə bağlı qərarı 2006-cı ilin sentyabr ayında qəbul edib və Nazirlər Kabinetinin 2011-ci ilin fevral ayında qəbul etdiyi qərara əsasən Azərbaycan ərazisində DVB-T rəqəmli televiziya yayımı sisteminin tətbiqi və inkişafı üzrə proqram təsdiq edilib. Bu proqrama uyğun olaraq artıq Azərbaycanda mərhələli şəkildə analoq TV proqramların yayımının dayandırılması və rəqəmli yayıma keçidə start verilib.
Rəqəmli televiziya yayımına keçid yerli teleefirdə keyfiyyətli yayımın təmin edilməsi və məhdud tezlik resurslarının, o cümlədən mobil TV sahəsində effektiv istifadə məqsədi ilə həyata keçirilir. Hazırda “Teleradio” İstehsalat Birliyi və «B&B TV Communications» şirkəti tərəfindən mövcud stansiyaların DVB-T2 sisteminə keçidi və yeni stansiyaların quraşdırılması istiqamətində işlər aparılır, bu da yerli və xarici kanalların keyfiyyətli yayımını təmin etməlidir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL