waplog

Stiv Cobsun imzası ilə olan sənəd 40 min dollara satılıb


“Apple” şirkətinin banisi Stiv Cobsun imzası ilə olan sənəd “RR Auction” hərrac evində 40 min dollara satılıb.

Bu sənəd 1978-ci il avqustun 17-də Stiv Cobs və iş adamı Robert Fridland arasında imzalanıb.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, Cobs və Fridland hələ kollecdən dostluq edirdilər və birgə Hindistana getmişdilər. Onlar əməkdaşlıq haqqında saziş imzalayıblar, lakin onların birgə biznesi haqqında hazırda heç nə məlum deyil.

Sazişdən sonra Cobs tezliklə “Apple” şirkəti ilə uğur qazanır, Fridland isə filiz mədən sənayesi ilə məşğul olub. Sonuncu hazırda milyarderdir.
“Tristar Productions” şirkətinin direktoru Ceff Rozenberq sənədin yeni sahibi olub.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL