“Google” şirkəti Pentaqon üçün robot istehsalçısını satın alıb
“The NewYork Times” qəzeti yazır ki, “Google” korporasiyası aparıcı robot istehsalçılarından biri “Boston Dynamics” şirkətini satın alıb. Sazişin şərtləri açıqlanmayıb.
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Boston Dynamics” öz “LS3” robotu sayəsində populyarlıq qazanıb. Şirkət adıçəkilən robotu 2006-cı ildən Pentaqon üçün hazırlayır. Robot hərbçilər üçün yükdaşıyan rolunda çıxış edəcək: 180 kiloqram ağırlığında yükləri 32 kilometr məsafəyədək daşıyacaq. Bundan başqa, istehsalçının sərəncamında saatda 45 kilometr sürətlə hərəkət edən “Cheetah” robot gepardı və başqaları var.
ABŞ şirkəti, həmçinin iki süni robot (Atlas və PETMAN) yaradıb: onlar qoruyucu kostyumların sınaqdan keçirilməsi üçün nəzərdə tutulub.
“Boston Dynamics” – “Google”un son 6 ayda robot texnikası sahəsi ilə bağlı satın aldığı səkkizinci şirkətdir. Dekabrın əvvəlində bildirilib ki, korporasiya robot texnikası sahəsində həllərlə məşğul olacaq bölmə yaradacaq. Bu bölməyə “Android” mobil platformasının yaradıcısı Endi Rubin başçılıq edəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL