waplog

Azərbaycanda informasiya və rabitə sahəsində 1,4 milyard manatlıq xidmət göstərilib



Azərbaycan Statistika Komitəsi bu ilin 11 ayı ərazində iqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan Ümumi Daxili Məhsul istehsalı sahəsində göstəriciləri açıqlayıb.

Dövlət Statistika Komitəsindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən,  2013-cü ilin on bir ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.7% artaraq 52.1 milyard manata çatıb. Əlavə dəyərin 46.5%-i sənaye sahələrində, 11.7%-i tikinti kompleksində, 5.3%-i kənd təsərrüfatında, 5.4%-i nəqliyyatda, 9.2%-i ticarət və pullu xidmət sahələrində, 1.7%-i rabitədə, 13.9%-i digər sahələrdə istehsal olunub.
İnformasiya və rabitə sahəsində hesabat dövründə əhaliyə, müəssisə və təşkilatlara 1.4 milyard manatlıq, yaxud keçən ilin müvafiq dövründə olduğundan 9.4% çox rabitə xidməti göstərilib. Xidmətlərin 72.3%-i və ya 1.0 milyard manatı əhaliyə göstərilib və 10.1% artıb.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL