waplog

Dünya İT bazarı üzrə proqnozlar özünü doğrultmur


 İnformasiya texnologiyaları (İT) bazarında vəziyyət bilavasitə dünya iqtisadiyyatından asılıdır. “Sanford C. Bernstein” şirkətinin analitikləri İT üzrə bir neçə direktorun rəyini soruşaraq buna bir daha əmin olublar.
“Sanford C. Bernstein&Co”nun əməkdaşı Toni Sakkonaqinin sözlərinə görə, dünya iqtisadiyyatında vəziyyətin sabitləşməsi əlamətlərinin görünməməsinə baxmayaraq son bir neçə ay ərzində bəzi müsbət amillər müşahidə olunub. Belə ki, ABŞ şirkətlərinin gəlirləri artıb, lakin dünyanın digər şirkətlərinin gəlirləri azalıb. Bundan başqa, “IBM” nümayəndələri bildiriblər ki, texnoloji xərclərə təsir göstərən iqtisadi mühit o qədər də ürəkaçan deyil.

Analitiklərin proqnozlarına əsasən, 2013-cü ildə dünya İT xərcləri 2 faiz artacaq ki, bu da əvvəlki qiymətləndirmədən 3-4 faizdən azdır. Gələn il informasiya texnologiyalarına investisiya həcminin 2-4 faiz artacağı gözlənilir. Rəyi soruşulan direktorların 27 faizi qeyd edib ki, iqtisadi vəziyyətin əlverişsiz olması xərclərin qarşısını alır.

Məhdud investisiyalar şəraitində İT şirkətlərə “SaaS”  modeli (software as a service - proqram təminatı xidmət kimi) çərçivəsində satılan proqram təminatından istifadə etmək sərf edir, çünki bu, əvvəlcədən müəyyən edilmiş məbləğin yatırılmasını tələb etmir, rəhbərlər işçi heyətinin ixtisara salınması halında lisenziyaların əksəriyyətinin artıq olmasına görə narahat olmur. Sorğuda iştirak edənlərin 34 faizinin fikrincə, “SaaS” xidmətləri müəssisələrin İT büdcələrinə münasibətini dəyişir, - “IT Expert www.itexpert.org.ua” yazır. 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL