waplog

2017-ci ilədək elektron tullantıların həcmi 33% artacaq


BMT-dən hesab edirlər ki, 2017-ci ilədək dünyada elektron tullantıların həcmi 33% artacaq. Elektron tullantıların probleminin həllinə dair layihənin hesabatında deyildiyi kimi, 2017-ci ilədək hər il tullanılan  elektron məhsulların çəkisi 65,4 milyon tona qədər artacaq. Həm də ən böyük artım inkişaf etməkdə olan ölkələrin payına düşəcək.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, BMT-nin müxtəlif xidmətləri, ictimai təşkilatlar və istehsalçı şirkətlərin məlumatına görə, bu il elektron məhsulların sayına görə Çin birinci olub,  ikinci yerdə ABŞ qərarlaşıb. Ümumiyyətlə, inkişaf etməkdə olan ölkələr və keçid iqtisadiyyatına malik ölkələr birlikdə inkişaf etmiş ölkələr qədər elektron tullantılar istehsal edir.

Elektron tullantılar – akkumulyator və ya elektrik naqili ilə təchiz edilmiş istənilən predmetdir: tərkibi adətən insan və ətraf mühit üçün zərərli materiallardan ibarətdir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL