waplog

“Microsoft”un aparıcı mühəndisi “Google” şirkətinə keçib


 
“The New York Times” qəzeti yazır ki, “Microsoft” korporasiyasının aparıcı mühəndisi Blez Aquera-i-Arkas “Google” şirkətinə keçib.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, proqramçı bu informasiyanı təsdiqləyib, amma şərh verməkdən imtina edib.

"O, çox yaxşı həmkar idi və ona gələcək işlərində uğur arzulayırıq" – “Microsoft”un mətbuat katibi Adam Zon deyib.

Qəzet qeyd edir ki, Aquera-i-Arkas “Microsoft” şirkətinin müxtəlif layihələrində, həmçinin artırılmış reallıq və daşınan qurğuların hazırlanması üzrə proqramlarda iştirak edib. Bundan başqa, mühəndis “Bing” kartoqrafiya xidmətinin yaradılmasında böyük rol oynayıb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL