waplog

Bakıda “bulud” proqramlaşdırılmasına dair seminar keçiriləcək


Dekabrın 24-də - Proqramçılar Günü  “Microsoft Azerbaijan” şirkəti Bakıda İT mütəxəssislər və tələbələr üçün mobil və “bulud” proqramlaşdırmasına dair seminar təşkil edəcək. Şirkətdən bildirilib ki, seminarda “Windows Phone 8” əməliyyat sistemi üçün mobil əlavələrin yaradılması, mobil əlavələr üçün “Windows Azure Mobile Services” xidməti, universal API-nin yaradılması və “Microsoft Office Share Point” yeni paketi üçün əlavənin yaradılması kimi məsələlər müzakirə olunacaq.
 
Tədbir dekabrın 24-də “Park Inn” hotelinin “Dan ulduzu” zalında keçiriləcək. Seminarda iştirak etmək istəyənlər iştirakını dekabrın 20-dək 437-38-00 telefon nömrəsinə zəng edərək və ya “azms@microsoft.com” ünvanına məktub yazaraq təsdiqləyə bilərlər.
 
Qeyd edək ki, 1975-ci ildə təsis edilmiş “Microsoft” korporasiyası proqram təminatı istehsalında dünya lideridir. “Microsoft” korporasiyası geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir.  Onların arasında stolüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün stolüstü biznes-tətbiqlər və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, internet şəbəkəsində işləmək üçün vasitələr və hazırlama alətləri var. 
 
“Microsoft” korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur.  2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən “Microsoft Azerbaijan” şirkətinin başlıca vəzifəsi  elektron idarəetmə, biznes inzibatçılığı və təhsil sistemi üçün yeni məhsulları tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.
 
Həqiqət İSABALAYEVA
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL