waplog

“Mən Azərbaycanlıyam” onlayn internet müsabiqəsinin qalibləri bəlli oldu



 
Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində keçirdiyi “Mən Azərbaycanlıyam” onlayn internet müsabiqəsinin super-finalı keçirilib.

Tədbirdə  rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki, oyunun iştirakçılarının hər biri müsabiqənin müxtəlif mərhələlərinin qalibləridir və bu oyun onlar üçün böyük əhəmiyyət kəsb edir. “Siz öz biliyiniz, bacarığınız, azərbaycanlı olmaqla öz müsbət keyfiyyətlərinizi nümayiş edərək, ölkədə baş verən müsbət dəyişiklikləri, ölkənin tarixi, coğrafiyası, mədəniyyəti, incəsənəti haqda bilgiləriniz sayəsində bu gün qalibiyyətə nail olursunuz”.

Nazir müavini qeyd edib ki,  “Mən Azərbaycanlıyam” onlayn internet müsabiqəsində 231 mindən çox insan iştirak edib və onların iştirak etdiyi oyunların sayı  8 milyonu ötüb“. Bunun özü böyük rəqəmdir və müsabiqəyə olan marağın göstəricisidir”,- deyə o qeyd edib.

 “Mən Azərbaycanlıyam” layihəsinin müəllifi Üzlüfət Qasımova öz növbəsində bildirib ki, bu layihənin TV variantı artıq dörd ildir ki, Rabitə və İnformasiya Texnologiyaları və  Gənclər və İdman nazirliklərinin dəstəyi ilə “AzTV” kanalında yayımlanır.

“Bu il Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşəbbüsü ilə müsabiqənin onlayn versiyası təşkil olunub və  altı ay davam edib. Müsabiqədə dünyanın istənilən ölkəsində yaşayan insanlar cavab verə bilər və heç də onların hamısının azərbaycanlı olması vacib deyil, onlar, sadəcə, Azərbaycan haqda məlumatlı olmalıdırlar”,- deyə o qeyd edib.

Sonda müsabiqənin super-finalının üç qalibi müəyyən edilib. Birinci yerin qalibi (5 min manat mükafat) Əşrəf Paşabəyli, ikinci yerin (3 min manat)- Amid Məmmədov, üçüncü yerin (2 min manat) qalibi  isə Rəfail Əliyev olub.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL