Noutbuklar üçün universal adapter istifadəyə verilib
Beynəlxalq Elektrotexnika Komissiyası (BEK) bu həftə müxtəlif noutbuk modellərinə uyğun universal adapter qurğusunun standartını təsdiq edib. Müxtəlif istehsalçıların interfeysləri bir-birinə düşmür, buna görə çox vaxt adapter qurğusu itdikdə və ya qırıldıqda noutbuk onunla birlikdə tullanılır.
“ICTnews” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, nəticədə hər il təxminən 500 min ton sözügedən qurğu zibilliyə tullanılır. BEK-in ehtimalına görə, vahid standartın tətbiqi elektron tullantıların sayını xeyli azaltmağa kömək edəcək.
Qurumun saytında dərc edilmiş 62700 nömrəli sənaye spesifikasiyasına əsasən, adapter qurğusunun bütün amilləri (ətraf mühitə təsiri, konnektorlar, təhlükəsizlik və s.) nəzərə alınıb.
Artıq 2014-cü ilin birinci yarısında universal adapter qurğularının istehsalına başlanıla bilər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL