waplog

Respublika ərazisində rəqəmli televiziya yayımına tamamilə keçidin təmin edilməsi istiqamətində işlər aparılır



Bu ilin sonuna qədər respublika ərazisində rəqəmli televiziya yayımına tamamilə keçidin təmin edilməsi istiqamətində işlər aparılır. Bu barədə jurnalistlərə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə məlumat verib.

Nazir müavini rəqəmli televiziya yayımı ilə bağlı Dövlət Proqramında nəzərdə tutulan işlərin davam etdirildiyini vurğulayıb. Onun sözlərinə görə, bu istiqamətdə müəyyən nailiyyətlər əldə edilib, o cümlədən rəqəmli yayıma keçidin təmin edilməsi üçün artıq texniki şərait yaradılıb: “Bu ilin sonlarından vətəndaşlarımızın bu xidmətdən istifadəsinin təmin olunması gözlənilir. Bu fəaliyyət həyata keçirildikdən sonra ölkədə analoq yayımın dayandırılması məsələsinə baxılacaq”.

Nazir müavini əlavə edib ki, hazırda hökumətdə rəqəmli televiziya yayımı ilə bağlı aztəminatlı ailələrin dekoderlərlə təmin olunması məsələsinə də baxılır.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL