waplog

Ünvanlı yardım üçün əyani müraciət forması poçt və ya müxtəlif elektron vasitələrlə əvəz edilə bilər


Bundan sonra ünvanlı yardım üçün əyani müraciət forması poçt və ya müxtəlif elektron vasitələrlə əvəz edilə bilər. Bu təklif əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Dünya Bankı ilə birgə icra olunan “Sosial Müdafiənin İnkişafı” layihəsinin ekspertlər qrupu ilə görüşündə səsləndirilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə məqsəd  ünvanlı yardım proqramının icra mexanizminin təkmilləşdirilməsi, bu sahədə ünvanlılıq və şəffaflıq prinsiplərinin gücləndirilməsi üçün Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində yeni islahatlar kursunun müəyyənləşdirilməsi üzrə məsləhətləşmələrin aparılması olub.
 
“Sosial Müdafiənin İnkişafı” layihəsi üzrə ölkədə əmək və sosial müdafiə sahəsində aparılan islahatların müsbət nəticələrini qeyd edən Səlim Müslümov möhtərəm dövlət başçısının tapşırığına uyğun olaraq, hazırda daha bir mühüm sahədə - ünvanlı sosial yardım proqramının icrası sahəsində ünvanlılıq və şəffaflığın təmin olunması üçün ciddi və səmərəli islahatların aparılmasının əsas vəzifələrdən biri olduğunu vurğulayıb.
 
Qeyd olunub ki, aparılacaq islahatlarda əsas məqsəd ünvanlı dövlət sosial yardımlarının təyinatı prosesində məmur-vətəndaş kontaktının neqativ hallara şərait yaradan hal kimi aradan qaldırılması və bunun üçün proqramın icrası mexanizminin avtomatlaşdırılması, bu yardımların məhz aztəminatlı ailələrə yönəldilməsi, eyni zamanda, həmin aztəminatlı ailələrin ünvanlı yardım ala bilmələri üçün müraciət prosedurunun sadələşdirilməsidir. Bununla bağlı olaraq, mütərəqqi beynəlxalq təcrübədən istifadə olunmaqla, qeyd olunan islahatların dəqiq konturları, avtomatlaşdırmanın texniki sxemi, təşkilati detallar müəyyən edilməlidir.
 
Geniş müzakirələrin aparıldığı və işgüzar şəraitdə keçən görüşdə ünvanlı yardımların təyinatı prosesində məmur-vətəndaş əlaqəsinin aradan qaldırılması və prosesin tam şəffaflaşdırılması üçün müxtəlif ölkələrin təcrübələrinə istinad olunmaqla bir sıra təkliflər səsləndirilib.
 
Ünvanlı yardım üçün əyani müraciət formasının poçtla və ya müxtəlif elektron vasitələrlə əvəz edilməsi, müraciətlərin mərkəzləşdirilmiş  qaydada qəbulu,  hər bir müraciət üzrə müvafiq ev təsərrüfatlarına dair məlumatların yerindəcə öyrənilməsi və yoxlanılması üçün yerli əhalinin sosial müdafiəsi mərkəzlərinin müvafiq ştat vahidləri müqabilində regional strukturların formalaşdırılması, yardım təyin olunub-olunmaması barədə məlumatın vətəndaşa avtomatlaşdırılmış qaydada çatdırılması mexanizminin qurulması barədə təkliflər müsbət dəyərləndirilib. Belə bir mexanizmin bütün detallarına qədər dəqiqləşdirilməklə ilkin mərhələdə pilot şəklində işə salınmasının məqsədəuyğun olduğu bildirilib.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL