waplog

Azərbaycanda torpaq informasiya bankı yaradılır


Azərbaycanda torpaq informasiya bankı yaradılır. Həmçinin elektron torpaq xəritələrinin tərtibi üzrə işlər də aparılır. Bu sahədə Rusiya təcrübəsinə üstünlük verilərək, sözügedən ölkənin Elmlər Akademiyası Sibir Bölməsinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə beynəlxalq əməkdaşlıq əlaqələri qurulur.

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda (TAİ) keçirilən AMEA Aqrar Elmlər Bölməsi Bürosu və TAİ-nin birgə iclasında aparılan digər işlər haqda da məlumat verilib.
 
AMEA-dan bildirilib ki, iclasda AMEA Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanov ilk dəfə olaraq Avropa Birliyinin torpaq-coğrafi informasiya sistemi formatında Azərbaycan torpaqlarının rəqəmli verilənlər bazasının təklif olunduğunu, əldə olunmuş nəticələrin icmalının Avropa Komissiyasının rəsmi nəşrlər ofisi tərəfindən “Aralıq dənizi və Qafqaz ölkələrinin torpaq ehtiyatları” adlı kitaba daxil edildiyini vurğulayıb.
 
Akademik, həmçinin institutun torpaq təsnifatı, torpaq informasiya bankı, elektron torpaq xəritələrinin tərtibi sahəsində Rusiyanın Torpaq İnstitutu, torpaqların meliorasiyası və rekultivasiyası sahəsində Rusiya Kənd Təsərrüfatı Akademiyası Ümumrusiya Elmi Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutu ilə beynəlxalq əməkdaşlıq əlaqələrindən söz açıb.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL