“Sony Electronics” şirkətinin rəhbəri ilin sonunadək istefa verəcək
Yaponiyanın "Sony Electronics" şirkətində 20 ildən çox çalışan Fil Molinye prezident və baş əməliyyat direktoru vəzifəsini tərk edəcək. Onu vəzifəsində 1 yanvar 2014-cü ildən vitse-prezident Maykl Fasulo əvəz edəcək. F.Molinye hazırkı vəzifəsinə 2010-cu ildə təyinat alıb.
"Sony Corporation" korporasiyasının baş direktoru Kazuo Hirai müraciətində F.Molinyeyə şirkətdəki fəaliyyətinə görə təşəkkürünü bildirib.
"Sony Electronics" şirkəti "Sony" brendli istehlak elektronikasının, o cümlədən televizor, kamera və fərdi kompüterlərin satışı və marketinqi məsələləri ilə məşğul olur. Korporasiya bu yaxınlarda sözügedən seqmentlər üzrə 2014-cü ilin martında başa çatacaq cari il üçün proqnozu aşağı salıb.
Bu il Yaponiya istehsalçısı 30 milyard yen (təxminən 305 milyon dollar) məbləğində xalis gəlir əldə edəcəyini gözləyir ki, bu da əvvəlki qiymətləndirmədən 40 faiz azdır. Bundan başqa, şirkətin cari ilin ikinci maliyyə rübündə itkiləri 193 milyon dollara yaxın olub.
Zəif proqnozlar fonunda "Sony"nin bazar kapitallaşması 2,2 milyard dollar azalıb, - "DailyComm www.dailycomm.ru" yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL