Dünyada məşhur şirkətlərin istehsalı olan planşetlərin sayı 285 milyon ədədi ötəcək
2013-cü ilin sonunda dünyada məşhur şirkətlərin (Apple, Samsung və s.) istehsalı olan planşet kompüterlərin sayı 285 milyon ədədi ötəcək. Bu barədə “ABI Research” şirkətinin ekspertləri proqnoz verib. Əvvəldən ən iri planşet bazarı olan ABŞ-ın payı 70 milyon belə qurğu təşkil edəcək ki, bu da ölkənin hər dördüncü sakininin planşet sahibi olması deməkdir.
Şirkətin analitiki Ceff Orrun sözlərinə görə, planşet bazarında müşahidə olunan yüksək artım artıq üçüncü ildir davam edir və “Apple”ın əvvəlcədən məlum olan liderliyi təəccüb doğurmur. “Biz güman edirik ki, cari ilin sonunadək “iOS” əməliyyat sisteminin dünyada istifadə olunan planşetlər həcmində payı təxminən 51 faiz, “Android”in 40 faiz olacaq”, - o əlavə edib.
Bu arada “Samsung” şirkəti “Android” sistemli qurğular seqmentində öz mövqeyini möhkəmlətməkdə davam edir. Belə ki, üçüncü rübdə Cənubi Koreya istehsalçısı 20 faizlik artım qeydə alıb. 2013-cü ilin ikinci rübündə şirkət marketinq xərclərini xeyli artıraraq öz sub-brend planşetlərinin satılması üçün səylərini artırıb.
“Apple” şirkəti ötən rübdə planşetlərin orta qiymətinin ikiillik azalmasını dayandırmağa nail olmaqla göstəriciləri təxminən 1 faiz – 439 dollaradək artırsa da, yeni “iPad Air” və “iPad Mini Retina” modellərinin satışa çıxarılmasına hazırlıq fonunda tədarük həcmində ötən rüblə müqayisədə 4 faiz, onların satışından əldə olunan mədaxildə 3 faiz azalma qeydə alınıb, - “DailyComm” www.dailycomm.ru yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL