Dünyada 2K təsvir ölçülü ekranla təchiz edilmiş smartfon təqdim edilib
“Vivo” şirkəti Çində “Xplay 3S” qabaqcıl smartfonunu təqdim edib.
Smartfon dünyada 2K (2560x1440 nöqtə) təsvir ölçülü ekranla təchiz edilmiş ilk smartfondur.
“IPS” tipli ekranının diaqonalı 6 düym, piksel sıxlığı isə 490 düym təşkil edir. Smartfon 2.3 QHs takt tezlikli dördnüvəli “CPU Krait 400” prosessoru, 550 MHs takt tezlikli “GPU Adreno”, “Wi-Fi” (802.11n/ac) və “Bluetooth” (4.0) simsiz rabitə modulları, həmçinin LTE modemi ilə təchiz edilib. Əməli yaddaşın həcmi 3 QB, fləş tipli daxili yaddaşın həcmi 32 QB təşkil edir.
“ICTnews” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, aparat iki kamera (13 meqapiksellik əsas və 5 meqapiksellik ön) ilə təchiz edilib.
Biometrik sensor burada arxa paneldə birbaşa işıq diodu işıqlandırıcısının alt hissəsində yerləşir.
Akkumulyator batareyasının tutumu 3200 milliamper/saat təşkil edir. Aparata “Funtouch OS” (“Android 4.3”-in dəyişdirilmiş versiyası) quraşdırılıb. Qurğunun ölçüləri 158, 2x82, 59x8, 68 millimetr, çəkisi 172 qram təşkil edir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL