waplog

Avropada ilk daimi fəaliyyət göstərən “Bitcoin” virtual pul bankomatı quraşdırılıb



Helsinki (Finlandiya) dəmiryolu vağzalında yerləşən musiqi mağazasında "Lamassu" sirkətinin istehsalı olan Avropanın ilk "Bitcoin" rəqəmli valyutası bankomatı quraşdırılıb.  

Sistemə texniki dəstək xidməti göstərən "Bittiraha" birjası nümayəndələrinin sözlərinə görə, bu, Avropada ilk "Bitcoin-ATM" deyil, çünki bundan əvvəl analoji qurğular reklam məqsədilə İsveç və Slovakiyada quraşdırılıb. Helsinkidə isə ilk daimi fəaliyyət göstərən "Bitcoin" bankomat istifadəyə verilib. Musiqi mağazasının kommersiya direktoru Yuri Lipponen qeyd edib ki, şirkət "Bitcoin" virtual valyutasını elektron kommersiya sistemi ilə inteqrasiyasını nəzərdən keçirir.

Xatırladaq ki, ABŞ-ın "Robocoin" şirkəti "Lamassu"nu bir neçə ay qabaqlayaraq oktyabrın sonunda Vankuverdə (Kanada) "Bitcoin" virtual valyutasını nağd pula satan dünyanın ilk "ATM" qurğusunu quraşdırıb. "Lamassu" artıq "Bitcoin" bankomatları Bratislava, Şanxay, Paris, Monreal, Sidney, Nimbin, Oklend, Kopenhagen, San-Paulu, Helsinki və Stokholm şəhərlərinə tədarük edib.       

"Bitcoin" dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Odur ki, rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar sadəcə anonim şəklində olur, - "IT Expert" www.itexpert.org.ua yazır. 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL